Cümə axşamı , Yanvar 28 2021
Home / Dünya / Su-30-ların raketləri haradadır? – Erməni deputat hökumətə səsləndi

Su-30-ların raketləri haradadır? – Erməni deputat hökumətə səsləndi

Ermənistan parlamentinin deputatları hələ müharibədən əvvəl “Su-30 SM” qırıcılarının döyüş hazırlığı məsələsini müzakirə edib.

MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü Gevork Qorgisyan deyib.

O bildirib ki, o zaman deputatları həmin təyyarələr üçün raketlərin niyə alınmaması məsələsi maraqlandırmışdı.

Komissiyanın iclasında iştirak edən Müdafiə Nazirliyinin nümayəndələri yaxın zamanlarda qırıcılar üçün raketlərin alınmasının nəzərdə tutulduğunu demişdi.

Qeyd edək ki, ötən ilin sonunda Ermənistan 4 “Su-30 SM” qırıcısı almışdı. Daha 8 qırıcının alınması planlaşdırılır.

Həmçinin oxuyun

Avropa Birliyi yaponlar üçün sərhədlərini bağlamaq istəyir

Avropa Birliyi (AB) Yaponiya vətəndaşlarına AB-yə qeyri-rəsmi giriş icazəsi verilən ölkələr siyahısından çıxarmaq niyyətindədir. Bu …