Cümə , İyul 31 2020
Home / Dünya / Suriyada ABŞ hərbi bazasına hücum olub

Suriyada ABŞ hərbi bazasına hücum olub

Bir qrup naməlum şəxs Suriyanın cənub şərqində yerləşən ABŞ hərbi bazasına hücum edib.

Xəbəri Suriyanın “Al-İkhbariya” dövlət kanalı verib.

Qeyd olunur ki, hücum Deyr əz-Zorda ABŞ hərbi bazalarının qeyri-qanuni fəaliyyət göstərdiyi “Omar” neft yatağının yaxınlığında təşkil olunub.

Mətbuatda yayılan məlumata əsasən, hücum sözügedən əraziyə hərbi texnika daşıyan yük maşınlarının gəldiyi vaxta təsadüf edib. 

Kanal xəbər verir ki, ABŞ hərbçiləri hücuma artilleriya və işıq-səs qumbaraları ilə cavab veriblər.

Həmçinin oxuyun

Həcc ziyarətinə gələnlərin sayı kəskin azaldılıb

Səudiyyə Ərəbistanı pandemiya ilə əlaqədar Həcc ziyarətinə gələnlərin sayını məhdudlaşdırıb. MediAktiv.az “Mir 24”ə istinadən xəbər …