Bazar , Yanvar 19 2020
Home / Dünya / Suriyadan dəhşət verici görüntülər (ürəyi zəif olanlar baxmasın!)

Suriyadan dəhşət verici görüntülər (ürəyi zəif olanlar baxmasın!)

       Aprelin 4-də Suriyanın İdlib əyalətinin Xan-Şeyxun şəhərində 58 nəfərin, o cümlədən 11 uşağın ölümü ilə nəticlənmiş kimyəvi hücum faktı qeydə alınıb.

       Londonda yerləşən Suriya İnsan Hüquqlarını Müşahidə Mərkəzi zarin qazından istifadə olunan hücumun Suriya və ya Rusiya aviasiyası tərəfindən həyata keçirildiyinin ehtimal olunduğu bildirib.

      Rusiya və Suriya müdafiə nazirlikləri isə bu ittihamları rədd ediblər. Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 4-də səhər saatlarında Xan-Şeyxunun şərq hissəsində Suriya aviasiyası terrorçuların mövqelərinə zərbə endirib. Nəticədə terrorçular tərəfindən İraqa göndərmək üçün nəzərdə tutulmuş, eləcə də Hələbdə tətbiq olunan zəhərli maddələrin və döyüş sursatlarının istehsal edildiyi sexlər məhv edilib.

      Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, sözügedən anbarlardakı kimyəvi silahların terrorçular tərəfindən istifadə edilməsi dəfələrlə həm beynəlxalq təşkilatlar, həm də ölkə hökuməti tərəfindən sübuta yetirilib.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir