Cümə axşamı , Aprel 9 2020
Home / Dünya / Təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı

Təbii fəlakət qurbanlarının sayı 41-ə çatdı

   İranda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Fövqəladə Hallar Təşkilatının rəhbəri İsmayıl Nəcar bildirib. Xəbərdə bildirilir ki, daha 22 nəfər itkin düşmüş hesab olunur. Təbii hadisədən daha çox Şərqi Azərbaycanın Azərşəhr və Əcəbşir şəhərləri, habelə Kürdüstan, Ərdəbil, Zəncan vilayətləri zərər çəkib.  Daşqınlar ölkənin şimal-qərbində yağan güclü yağışlar nəticəsində baş verib. Nəticədə çaylar daşaraq körpüləri və kommunikasiyanı dağıdıb. Güclü sel nəticəsində həmçinin nəqliyyat vasitələri də ziyan çəkib.

Həmçinin oxuyun

“Forbes” dünya varlılarının reytinqini dərc edib

ABŞ-ın “Forbes” biznes jurnalı dünyanın 20 ən varlı insanının siyahısını dərc edib. MediAktiv.az-ın xarici mətbuata …