Çərşənbə , Sentyabr 22 2021
Home / Dünya / Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək

Terror aktında ölən Nuranənin cənazəsi Azərbaycana gətiriləcək

   Yanvarın 1-nə keçən gecə İstanbulun “Reina” klubuna silahlı hücum nəticəsində öldürülən Azərbaycan əsilli Rusiya vətəndaşı Nuranə Həsənovanın cənazəsi Azərbaycana gətiriləcək.

  Mediaktiv.az Report-a istinadən xəbər verir ki, bunu mərhumun qohumları belə istəyiblər.

   Məlumata görə, N.Həsənovanın qohumları Rusiyanın Türkiyədəki səfirliyinə müraciət edərək cənazənin məhz Azərbaycana göndərilməsini xahiş ediblər və səfirlik onların xahişini müsbət cavablandırıb.

   Qeyd edək ki, əvvəlcə ölən qadının Azərbaycan vətəndaşı olduğu güman edilib, amma sənədlərə baxdıqdan sonra onun Rusiya vətəndaşlığı ortaya çıxıb.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …