Çərşənbə , Oktyabr 23 2019
Home / Dünya / Tramp ABŞ-ın İranla müharibə istəmədiyini söyləyib

Tramp ABŞ-ın İranla müharibə istəmədiyini söyləyib

ABŞ prezidenti Donald Tramp ABŞ-ın Səudiyyə Ərəbistanındakı obyektlərə hücum təşkil etməkdə şübhəli bildikləri İranla müharibə istəmədiyini söyləyib.

Mediaktiv.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, jurnalistlərin Səudiyyə neft emalı zavodlarına edilən hücumların arxasında İranın olub-olmaması ilə bağlı sualı cavablandırarkən Tramp belə cavab verib: “Bu, belə görünür”.

Prezident bu məsələnin hazırda araşdırıldığını bildirib. 

Dövlət başçısı Birləşmiş Ştatların “digər ölkələrə nisbətən (hərbi) qarşıdurmaya daha yaxşı hazırlandığını” və ABŞ-ın “daha yaxşı silah sistemlərinə” sahib olduğunu qeyd edib: “Bütün bunları nəzərə alaraq, mütləq bu qarşıdurmanın qarşısını almaq istərdik”.

Qeyd edək ki, şənbə günü gecə Səudiyyə Ərəbistanındakı iki neft emalı zavoduna pilotsuz təyyarələrdən (PUA) hücum edilib. Nəticədə dünyanın ən böyük neft ixracatçısı və üç ən böyük neft istehsalçılarından biri olan ölkənin hasilatını yarıdan çox (gündəlik 9,8 milyon səviyyəsindən 5.7 milyon barel) azaltdığı bildirilir.

Həmçinin oxuyun

Prezident qanunsuz tikililərdən danışdı: “Vətəndaşlar köçürülməli, verilən kompensasiya onları qane etməlidir”

Biz onu da bilirik ki, hazırda iqtisadi inkişafımızın artımının əsas səbəblərindən biri dövlət investisiyalarıdır. Biz …