Cümə , Fevral 26 2021
Home / Dünya / Tramp: İrana girmək dünyanın ən asan işidir

Tramp: İrana girmək dünyanın ən asan işidir

Bu gün İrana girmirəmsə, böyük təmkin göstərirəm.

Bu sözləri ABŞ Prezidenti Donal Tramp Avstraliyanın Baş naziri Skott Morrison ilə görüşdən sonra Ağ Evdə keçirilən birgə mətbuat konfransında bildirib.

Tramp İrana qarşı sanksiyaların işə yarayacağına inanaraq, “İrana girmək dünyanın ən asan işidir. Bu gün orada deyiləmsə, böyük təmkin göstərmiş oluram” deyə vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran arasında uzun müddətdir gərginlik davam edir. ABŞ-ın Səudiyyə Ərəbistanının “Aramco” neft kompleksinə edilən hücumlarına İranı səbəb göstərməsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib.

Həmçinin oxuyun

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

1992-ci ilin fevralın 26-da Ermənistan Respublikasının birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinə …