Çərşənbə axşamı , Yanvar 28 2020
Home / Dünya / Tramp Suriya ilə bağlı missiyanı təsdiqlədi

Tramp Suriya ilə bağlı missiyanı təsdiqlədi

ABŞ Prezidenti Donald Tramp Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqləyib.

“Associated Press”in verdiyi xəbərə görə, yeni plana əsasən, qoşunlar Deyr əz-Zordan Əl-Hasakiyə qədər təxminən 150 km uzanan kürd silahlı qüvvələrinin nəzarətində olan böyük bir ərazini mühafizə edəcəklər.

Prezidentin bu fərmanı ABŞ qüvvələrinə neft sahələrini təhdid edəcəyi təqdirdə Suriya, Rusiya və ya digər qüvvələrə zərbə vura bilmək səlahiyyəti verir.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …