Şənbə , İyul 20 2019
Home / Dünya / Trampdan gözlənilməz həmlə — Dünyanın gözlədiyi görüş

Trampdan gözlənilməz həmlə — Dünyanın gözlədiyi görüş

Mediaktiv.az Ölkə.Az-a istinadən xəbər verir ki, Tramp ifrat ideologiyaları təşviq etməyin qarşısını almaq və terror qruplaşmalarının maliyyələşdirilməsinə mane olmaq üçün bölgədəki bütün ölkələrin əməkdaşlıq etməsinin önəmini vurğulayıb. ABŞ lideri tərəflərə aralarındakı problemi həll etmək mövzusunda yardım etməyi təklif edib.
Donald Tramp Qətər əmiri Şeyx Təmim bin Hamad Əl Sani ilə telefon vasitəsilə əlaqə saxlayıb. Ağ Evdən verilən açıqlamaya əsasən, Tramp danışıq zamanı bərabərlik içində Körfəz Əməkdaşlıq Şurası və güclü bir ABŞ-KƏŞ ortaqlığının, terrora qalib gəlmək və bölgədə sabitliyi təmin etmək məsələsində vacib olduğunu bildirib.
Tramp dünən də Səudiyyə kralı ilə telefon vasitəsilə əlaqə saxlayıb. İki lider  terror qruplaşmalarının maliyyəsinin və bölgədəki ifratçı ideologiyaların yayılmasının qarşısının alınmasına dair mövzuları müzakirə ediblər.
Tramp həm də dünən Tvitter hesabında Qətəri hədəf götürərək “Kral və 50 ölkə təmsilçiləri ilə görüşdüyüm Səudiyyə Ərəbistanı səfərinin faydalı olduğunu görməkdən məmnun qaldım. İfratçılığı maliyyələşdirənə qarşı sərt bir siyasət izləyəcəklərini söyləmişdilər və bütün işarələr Qətəri göstərirdi. Bəlkə də bu terror dəhşətinin başa çatmasının başlanğıcı olacaq”.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir