Çərşənbə , İyul 28 2021
Home / Dünya / Trampdan Şimali Koreyaya təhdid!
.

Trampdan Şimali Koreyaya təhdid!

ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya ilə münasibətlərdə müşahidə olunan hazırkı gərginlik böyük silahlı münaqişəyə çevrilə bilər.

Mediaktiv.az Oxu.az-a istinadla xəbər verir ki, bunu o, “Reuters”ə müsahibəsində bildirib.

“Ehtimal var ki, biz sonda Şimali Koreya ilə böyük, olduqca böyük münaqişəyə gedib çıxaq. Bu, şübhəsizdir”, — deyə o əlavə edib.

Prezident böhranı sülh yolu ilə həll etməyə kökləndiyini bildirib.

“Biz məsələləri diplomatik yolla həll etmək istəyirik, lakin bu çox çətindir”, — deyə Amerika lideri qeyd edib.

Bundan əvvəl Şimali Koreya Ağ evin şərti olaraq raketlərlə məhv edilməsi ilə bağlı təbliğat videosu yayıb.

Həmçinin oxuyun

ABŞ Əfqanıstana 7 döyüş helikopteri verib

ABŞ Əfqanıstan hakimiyyətinə 7 döyüş helikopteri tədarük edib. MEDİAKTİV.AZ “Sputnik Afqanistan”a istinadən xəbər verir ki, bu …