Şənbə , İyul 4 2020
Home / Dünya / TSQ: 10 əsgər şəhid oldu

TSQ: 10 əsgər şəhid oldu

  Türk Silahlı Qüvvələrindən verilən açıqlamada, Suriyada davam edən Fərhad Qalxanı əməliyyatında bugünkü 4 şəhid ilə birlikdə cəmi 14 əsgərin şəhid olduğu açıqlandı. Əməliyyatda bu gün 6-sı ağır 33 əsgərin də yaralandığı ifadə edildi. AA

   TSQ-nin Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən hərəkatı daxilində, Əl-Bab bölgəsində gün içindəki qarşıdurmalar və hərəkatlar nəticəsində 138 terrorist təsirsiz hala gətirildi. Gün içindəki qarşıdurmalar və edilən bombalı hücumlarda müxalif ünsürlərə dəstək verən TSQ personalından 14-ü şəhid oldu, 33-ü yaralandı.

   TSQ-nin Suriyanın şimalındakı terror hədəflərinə istiqamətli davam edən Fərhad Qalxanı hərəkatı daxilində, Əl-Bab bölgəsində gün içindəki qarşıdurmalar və hərəkatlar nəticəsində 138 terrorist təsirsiz hala gətirildi.

   Türk Silahlı Qüvvələrindən verilən məlumata görə, hərəkat daxilində, müxalif ünsürlərdən ibarət Xüsusi Vəzifə Qüvvət qrupları tərəfindən, havadan və qurudan sıx atəş dəstəyi ilə Əl-Bab’ın ələ keçirilməsinə istiqamətli irəli hərəkata davam edildi və Əl-Bab-Hələb yolunda tam nəzarət təmin edildi.

   Bölgədəki topçu birlikləri və digər atəş dəstək vasitələrilə Əl-Bab bölgəsində təsbit edilən DEAŞ terror təşkilatına aid hədəflər sıx atəş altına alındı.

   Türk Hava Qüvvələrinə aid döyüş təyyarələri ilə edilən hava hücumları nəticəsində 67 hədəf vurularaq məhv edilərkən, atəş dəstək vasitələri tərəfindən açılan atəşlərlə çox sayda DEAŞ hədəfi vuruldu. Açılan atəşlər və meydana gələn qarşıdurmalar nəticəsində 138 DEAŞ terroristi təsirsiz hala gətirildi.

   Son dəqiqə: TSK şəhid və yaralı sayını açıqladı! El Bab’da qarşıdurma davam edir.
Çox sayda terroristin yaralı olduğu və olduqları sahələrdən təxliyələrinin, sıx atəş altında olmaları səbəbi ilə reallaşdırıla bilinmədiyi də radio danışıqlarından öyrənildi.

   Bundan əlavə, günortadan sonra 3 ayrı bölgədə bombalı vasitələrlə edilən intihar hücumları nəticəsində 10 əsgər şəhid oldu, 6-sı ağır 18 əsgər yaralandı. Yaralılara bölgədəki xəstəxanalarda müdaxilə edildi.

  Gün içindəki qarşıdurmalar və edilən bombalı hücumlarda müxalif ünsürlərə dəstək verən TSQ personalından 14-nün şəhid olduğu, 33-nün yaralandığı bildirildi.

milliyet.com.tr

 

Həmçinin oxuyun

Minnətdarlıq məktubları: Cənab Prezident, hər bir vətəndaşımızı düşünərək qəbul etdiyiniz bütün qərarları dəstəkləyirik

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən həmvətənlərimiz dövlətimizin başçısının …