Cümə axşamı , Yanvar 21 2021
Home / Dünya / Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib – Səfir

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı siyasi təzyiqlərə cavab verib – Səfir

Türkiyə bütün savaş müddətində Azərbaycana qarşı edilən siyasi təzyiqlərə cavab verib, çünki biz iki dövlət, bir millətik.

MediAktiv.az -ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, Azərbaycanla Türkiyənin münasibətləri qardaşlıq münasibətləridir, dünyanın heç bir millətləri arasında belə münasibət yoxdur:

“Azərbaycan da bizim vətənimizdir. Ürəyimiz eyni hisslərlə vurur. Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Bu gün kəlbəcərlilər yenidən doğma torpaqlarına qayıdır. Bu, Azərbaycanın böyük zəfərinin nəticəsidir. Türkiyə hər zaman Azərbaycanın yanında olub. Hazırda da Türkiyə bütün imkanları ilə Azərbaycanın yanındadır”.

Həmçinin oxuyun

Donald Tramp və xanımı Ağ Evi tərk ediblər

Donald Tramp və xanımı Melania Tramp Ağ Evi tərk ediblər.  MEDIAKTIV.AZ-ın “RİA Novosti”yə istinadən məlumatına görə, …