Bazar ertəsi , Oktyabr 14 2019
Home / Dünya / Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir

Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir

Türkiyə Silahlı Qüvvələri ilə YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi qanadı – red.) arasında Türkiyə-Suriya sərhədi boyunca döyüşlər gedir.

Türkiyə mediası xəbər verir ki, ölkənin Şanlıurfa vilayətinin Suruç və Akçakale mahalları arasındakı əraziyə Suriyanın PYD nəzarətindəki bölgədən minaatanlardan atəş açılıb.

Türkiyə ordusunun cavab atəşi ilə başlayan qarşıdurmada 3 YPG döyüşçüsü öldürülüb.

Bundan başqa, YPG-nin nəzarətində olan Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay vilayətinin Hassa mahalında yerləşən Gökhan sərhəd-keçid məntəqəsi də minaatanlardan atəşə tutulub. Dünən gecə başlayan döyüşlər hazirda fasilələrlə davam edir.

Son qarşıdurmalardan sonra sərhəd xəttinə əlavə güclər göndərilib.

Qeyd edək ki, Türkiyәnin döyüş tәyyarәlәri aprelin 25-də Suriyanın Karaçok vә İraqın Sincar bölgәsindәki PKK mövqelərini bombalayıb. Bombardman nəticəsində terror təşkilatının kommunikasiya müəssisələri və 70-dən çox döyüşçüsü məhv edilib. Bombardman ekspertlər tərəfindən hər iki ölkədə terror təşkilatına qarşı genişmiqyaslı əməliyyatın anonsu kimi qiymətləndirilir. (publika.az)

Həmçinin oxuyun

Rəcəb Tayyip Ərdoğan Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.  “Hürriyyət” xəbər verir ki, səfər Bakıda Türkdilli Dövlətlərin …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir