Şənbə , Yanvar 16 2021
Home / Dünya / Türkiyədə karantin qaydaları sərtləşdirildi – Evdə qonaqlığa görə cərimə

Türkiyədə karantin qaydaları sərtləşdirildi – Evdə qonaqlığa görə cərimə

Türkiyədə koronavirusa yoluxma hallarının artması ilə əlaqədar karantin qaydaları sərtləşdirilib.

MediAktiv.az-ın məlumatına görə, yeni qərara əsasən, evlərdə ad günü, yas mərasimləri, qonaqlıqlar, eləcə də yeni il məclisləri keçirmək qadağan edilir.

Bundan başqa, yaşayış binalarının komendantları və ya sakinlər hər hansı bir evdə toplaşma olması barədə polisə məlumat verə biləcək.

Bu cür toplaşmaya görə həm ev sahibi, həm də qonaqlar 3 150 lirə məbləğində cərimələnəcək.

Qeyd edək ki, Türkiyədə bu günədək 670 minə yaxın yoluxma qeydə alınıb. Təkcə ötən gün 30 min şəxs koronavirusa yoluxub. Ölənlərin sayı 14 minə çatıb.

Həmçinin oxuyun

Ərdoğan COVID-19-a qarşı peyvənd edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edilib. MEDIAKTIV.AZ xəbər verir ki, …