Bazar , Sentyabr 19 2021
Home / Dünya / Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət edib

Türkiyənin Əfqanıstandakı səfirliyi vətəndaşlarına müraciət edib

Türkiyənin Əfqanıstandakı səfirliyi bu ölkədə olan vətəndaşlarına müraciət edib.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə səfirlik saytında məlumat yayıb.

Bildirilib ki, ölkənin böyük qismində yaranmış təhlükəsizlik problemləri ilə bağlı Əfqanıstana səyahət edən və ya bu ölkədə yaşayan Türkiyə vətəndaşlarının təcili şəkildə səfirlik, baş konsulluqlara müraciət etmələri və əlaqə məlumatlarını təqdim etmələri vacibdir.

“Vətəndaşlarımıza toqquşmaların olduğu regionlardan uzaq olmağı, təhlükəsizliklə bağlı zəruri tədbirlər görməyi tövsiyə edirik”, – müraciətdə qeyd olunub.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …