Bazar ertəsi , İyul 13 2020
Home / Dünya / “Twitter” ABŞ prezidentinin çıxışını səhifədən silib

“Twitter” ABŞ prezidentinin çıxışını səhifədən silib

“Twitter” ABŞ Prezidenti Donald Trampın afroamerikalı Corc Floydun qətli ilə bağlı videoyazı formasında olan çıxışını silib.

MediAktiv.az  “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin seçki qərargahının mikrobloqunda bildirilib.

Qərargah bunu sosial şəbəkə və şirkətin baş direktoru Cek Dorsi tərəfindən tətbiq olunan senzura aktı kimi qiymətləndirib: “Twitter” və Cek prezidentin birliyə çağırışla bağlı möhtəşəm mesajını senzura etdi”. 

Qeyd edək ki, mayın 25-də internetdə yayılan videoda Minnesota ştatının Minneapolis şəhərində Corc Floyd adlı afroamerikalı şəxsin saxta əsginaslarla ödəniş etdiyi şübhəsi ilə saxlanılma anının videosu yayılıb. Ağdərili polis əməkdaşı onun qoluna qandal vuraraq yerə yıxır və ardından dizini boynuna qoyur. Videoda C.Floydun nəfəs ala bilmədiyi, qışqırdığı, ancaq polisin buna əhəmiyyət vermədiyi də görünür. Bu olaydan qısa müddət sonra o, xəstəxanada ölüb.

Həmçinin oxuyun

Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Bu gün Polşada prezident seçkilərinin ikinci turu keçirilir. MediAktiv.az xəbər verir ki, seçki məntəqələri yerli …