Çərşənbə , Aprel 21 2021
Home / Dünya / Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır

Ukrayna aviaşirkəti Azərbaycana yeni reyslər açır

Ukraynanın “SkyUp Airlines” aviaşirkəti Zaporojye şəhərindən Bakıya reyslər təşkil edəcək.

MediAktiv.az  bu barədə Ukrayna Dövlət Aviasiya Xidmətinə istinadən məlumat verir.

Qeyd olunur ki, şirkət tərəfindən həftədə iki dəfə Zaporojye-Bakı-Zaporoje, Xarkov-Bakı-Xarkov marşrutu ilə uçuşlar keçirəcək.

Reyslər 2021-ci il martın 28-dən başlayacaq.

Xatırladaq ki, “SkyUp Airlines” noyabrın 30-dan başlayaraq Bakı-Kiyev marşrutu ilə çarter reysləri keçirir. Bu reyslər Ukrayna vətəndaşlarına öz ölkələrinə qayıtmağa imkan verir.

Həmçinin oxuyun

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb. …