Cümə , İyun 5 2020
Home / Dünya / Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat yayılıb.
MediAktiv.Az  xarici KİV-ə istinadla xəbər verir ki, Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko İranda qəzaya düşən təyyarə ilə bağlı ABŞ-dan vacib informasiyalar aldıqlarını bildirib: “Dövlət başçısı Vladimir Zelenski ilə birlikdə ABŞ təmsilçiləri ilə görüşdük. Bizə verilən məlumatlar öz mütəxəssislərimiz tərəfindən araşdırılacaq”.
Qeyd edək ki, Vladimir Zelenski son açıqlamasında Ukraynaya aid təyyarənin böyük ehtimalla raketlə vurulduğunu ancaq, bunu sübut etmək üçün lazımi qədər məlumatlarının olmadığını bildirmişdi. Zelenski bu səbəbdən ABŞ, Kanada və İngiltərəni hadisə ilə bağlı əllərindəki məlumatları paylaşmağa dəvət etmişdi.

Həmçinin oxuyun

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyə Azərbaycan vətəndaşları üçün bu ölkədə vizasız qalmaq müddətini 90 günədək uzadıb. MediAktiv.az  xəbər verir …