Çərşənbə axşamı , May 11 2021
Home / Dünya / Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukraynada ehtiyatda olan hərbçilərin xidmətə çağırışına dair qanun imzalandı

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik elan etmədən ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.

MEDIAKTIV.AZ xəbər verir ki, bu barədə Ukrayna prezident adminstrasiyasından UNN-ə bildirilib.

Bu qanun layihəsini Ukrayna ali radası 2021-ci il martın 30-da qəbul edib.

Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident adminstrasiyasından qanunu belə şərh ediblər:

“Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.

Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.

Həmçinin oxuyun

Ermənistanda seçki ərəfəsində ictimai-siyasi vəziyyət gərginləşməkdədir

Ermənistanda 20 iyunda keçiriləcək parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət gündən-günə gərginləşməkdədir. Bunun əsasında bir neçə …