Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Varlılar uşaqlarına bu adları qoyur

Varlılar uşaqlarına bu adları qoyur

Elit uşaq geyimləri mağazası “HushHush” uşağa uğur gətirə biləcək adların siyahısını tərtib edib.

Siyahıya milyarderlər arasında ən çox rast gəlinən 10 qadın və 10 kişi adı daxildir. Siyahı tərtib etmək üçün onlar mağazada qeydiyyatda olan müştərilərin adlarını və İngiltərənin “Sunday Times” qəzetinin hazırladığı min ən varlı insan haqqında məqalədən istifadə ediblər.

Belə ki, uğur gətirəcək ən məşhur oğlanların adları John, David, Tom, Wong, Bill, Charles, Michael, Robert, Mohammed and Jim hesab olunur.

Milyarder qadınlar arasında isə Məryəm, Judit, Sofiya, Anna, Viktoriya, Elizabet, Abigail, Kim, Mackenzie və Kirsten adlarına çox rast gəlinir.

Mağazanın qurucusu Aaron Harpin siyahının gələcək valideynlərə uşaqları üçün “ideal” ad seçiminə və həyatda uğur şansını artırmağa kömək edəcəyinə ümid etdiyini bildirib. 

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …