Bazar , Sentyabr 26 2021
Home / Dünya / “Virgin Galactic” yeni kosmik təyyarəsini təqdim edib

“Virgin Galactic” yeni kosmik təyyarəsini təqdim edib

İngilis milyarderi Riçard Brensonun “Virgin Galactic” şirkəti yeni “Imagine” (SpaceShip III seriyası) kosmik təyyarəsinin təqdimatını keçirib.

MEDIAKTIV.AZ TASS-a istinadən xəbər verir ki, yeni kosmik apparat istismar baxımından uçuş tezliklərinə görə əvvəlki modellərdən daha mükəmməldir. Şirkət əməkdaşlarının yaxın gələcəkdə “Imagine” təyyarəsinin sınaqlarına başlayacağı gözlənilir və o, bu yay Nyu Meksiko ştatının ərazisindən havaya qaldırımalıdır. “Virgin Galactic” hazırda bu seriyanın “İnspire” adlı ikinci kosmik gəmisi üzərində də işləri davam etdirir.

Xatırladaq ki, “Virgin Galactic” tərəfindən hazırlanan kosmik təyyarələri müntəzəm turizm suborbital uçuşlar üçün nəzərdə tutulub.

Həmçinin oxuyun

Teknofest festivalında Azərbaycanı təmsil edən ən gənc ixtiraçı

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinif şagirdi İmran Nəsibov və STEAM müəllimi Ələsgər …