Çərşənbə , Avqust 21 2019
Home / Dünya / Vladimir Putin: “ABŞ Dəməşqi bombalamağa hazırlaşır”

Vladimir Putin: “ABŞ Dəməşqi bombalamağa hazırlaşır”

     Rusiya prezidenti: “Bəziləri insanların üzərinə kimyəvi maddələr atıb günahı Əsəd rejiminin üzərinə yıxmağa çalışır” Rusiya prezidenti Vladimir Putin, Suriyanın paytaxtı Dəməşq ətrafında kimyəvi təxribat hazırlığı getdiyi barədə məlumat aldıqlarını açıqlayıb.Mediaktiv.az Sputnik.az- a istinadən xəbər verir ki, prezident bu barədə italiyalı həmkarı Sercio Mattarella ilə Moskvada keçirdiyi görüşdən sonra jurnalistlərə danışıb. “Müxtəlif mənbələrdən əldə etdiyimiz məlumata görə, ABŞ Suriyanın paytaxtı Dəməşq ətrafı əraziləri bombalamağa hazırlaşır. O bölgədə yeni təxribat hazırlığı gedir. Bəziləri insanların üzərinə kimyəvi maddələr atıb günahı Əsəd rejiminin üzərinə yıxmağa çalışır. Beləliklə də, hökuməti yıxmaq istəyirlər. Açığı, bu cür provokasiyalar mənə İraqın işğalını xatırladır. O zaman da, Amerika “Səddamda kimyəvi silahlar var” bəhanəsi ilə İraqa daxil olmuşdu. İŞİD terror təşkilatı da məhz həmin müharibədən sonra üzə çıxdı” — Putin bildirib.

Həmçinin oxuyun

Bitkoinin qiyməti 4 min dolları keçib

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoinin qiyməti son 24 saat ərzində, təxminən, 6% artaraq 4 000 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir