Bazar , Yanvar 26 2020
Home / Dünya / WhatsApp-dan yeni il rekordu

WhatsApp-dan yeni il rekordu

“WhatsApp” messenceri 2020-ci ilə yeni rekordla daxil olub.

MediAktiv.Az ted.az-a istinadən bildirir ki, 31 dekabr 2019-cu ildə “WhatsApp”da göndərilən mesaj sayı platformanın 10 illik tarixində ən yüksək göstərici olub.

Hazırda ən çox istifadə edilən mesajlaşma proqramında bayram günü 100 milyard mesaj göndərildiyi açıqlanıb. Bu mesajların 12 milyardı foto olub. Təkcə Hindistanda həmin gün 20 milyard mesajlaşma qeydə alınıb.

“WhatsApp” vasitəsilə ilin son günündə bir saatda orta hesabla 4,1 milyard mesaj göndərilib.

Qeyd edək ki, “WhatsApp” Çin xaric bütün ölkələrdə istifadə edilir.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …