Cümə axşamı , Noyabr 21 2019
Home / Dünya / Xəzərdə meyidi tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

Xəzərdə meyidi tapılan neftçinin şəxsiyyəti müəyyənləşib

       Xəzər dənizində meyiti tapılmış neftçinin şəxsiyyəti məlum olub. Meyiti tapılan şəxsin Azay Zülfüqarov olduğu müəyyən edilib.

    Mediaktiv.az Oxu.Az-a istinadən xəbər verir kibu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

   “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

   Qərargahdan verilən məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində dənizdə naməlum kişi meyiti aşkarlanıb.

   Tapılan meyitin, “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən neftçilərə aid olub olmaması müəyyənləşdirilir.

   Meyitin şəxsiyyəti müəyyənləşdirildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Həmçinin oxuyun

Qohumların torpaq davası qanlı bitdi: Dörd nəfər güllələndi

Türkiyənin Batman vilayətində Özərdəm ailəsi torpaqla bağlı məsələni həll etmək üçün Ədliyyə İdarəsinə gəliblər. MediAktiv.Az …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir