Bazar , İyul 12 2020
Home / Dünya / Yanacaq yenidən bahalaşdı

Yanacaq yenidən bahalaşdı

Gürcüstanda bir sıra yanacaq növlərinin pərakəndə satış qiymətində artım qeydə alınıb.

MEDİAKTİV.AZ Report-a istinadən xəbər verir ki, bahalaşma 1-2% civarındadır.

Məlumata görə, “Nano Super” markalı benzinin qiyməti 2,47 laridən 2,5 lariyə (1,22%), “Nano Premium” – 2,37 laridən 2,4 lariyə (1,27%), “Nano Euro Regular” isə 2,23 laridən 2,27 lariyə (1,79%) qədər bahalaşıb.

Gürcüstanın yanacaqdoldurma məntəqələrində (YDM) satışa çıxarılan dizel yanacağı üzrə də bahalaşma müşahidə edilib. Belə ki, “Nano Diesel” 2,22 laridən 2,27 lariyə (2,25%), “Nano Euro Diesel” isə 2,35 laridən 2,4 lariyə (2,13%) kimi bahalaşıb.

Qonşu ölkənin YDM-lərində satılan maye qaz (LPG) və sıxılmış qazın (CNG) qiymətində isə dəyişiklik yoxdur. Belə ki, LPG-nin bir litri 1,65 lariyə, CNG isə 1,52 lariyə satılır.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan məlumatına əsasən, 1 gürcü larisinin rəsmi məzənnəsi 0,6304 manatdır.

Həmçinin oxuyun

Rusiya Belarusda AES tikintisi üçün bu ölkəyə kredit verəcək

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə Atom Elektrik Stansiyasının (BelAES) tikintisi üçün Rusiyadan kredit alınmasını təsdiqləyib.  MediAktiv.az “BelTA”ya …