Bazar , Sentyabr 26 2021
Home / Dünya / Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib

Yaponiyada bir aylıq fövqəladə vəziyyət elan edilib

Yaponiyanın Böyük Tokio paytaxt regionunda koronavirusun sürətlə yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan olunub.

MEDİAKTİV.AZ-ın məlumatına görə, bunu ölkənin Baş naziri Yosihide Suqa deyib.

O bildirib ki, fövqəladə vəziyyət bir ay davam edəcək və Tokio paytaxt regionuna daxil olan, 37,2 milyon əhalinin yaşadığı Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edəcək.

Fövqəladə vəziyyət rejimi yanvarın 8-dən fevralın 7-dək qüvvədə olacaq.

Qeyd edək, Yaponiyada pandemiya ilə bağlı vəziyyət noyabrdan etibarən daha da pisləşməyə başlayıb. Yanvarın 6-da isə ölkədə gündəlik yoluxma rekordu (6 001 nəfər) qeydə alınıb.

Bugünədək Yaponiyada koronavirusa yoluxanların sayı 260 min nəfəri, ölənlərin sayı 3,8 min nəfəri keçib.

Həmçinin oxuyun

Türkiyə-İran sərhədi açılıb

Türkiyə və İran sərhədlərini qarşılıqlı şəkildə açıb. MEDIAKTIV.AZ “Haber Global”a istinadən xəbər verir ki, sentyabrın 16-dan …