Çərşənbə axşamı , Oktyabr 15 2019
Home / Dünya / Yaponiyada qeyri-adi üzən hotel

Yaponiyada qeyri-adi üzən hotel

    Yaponiya dünyaya verdiyi texnoloji yeniliklərlə məşhurdur. Bu dəfə isə daha da irəli gedərək üzən hotel texnologiyası ilə dünyanı təəccübləndirib.

   Medaktiv.az Oxu.Az-a istinadən məlumat verir ki, “Mizukami” adlı bu sferik kapsul formasındakı hotel Haqasakidəki əyləncə parkı olan Huis Ten Bosch tərəfindən dizayn olunub.

      36 kv.m yaşayış sahəsinə malik olan bu hotel otağı digər adi hotellərdən fərqli olmayaraq yataqlara, duşa və tualetə malikdir. Eyni anda 4 nəfərin yaşaması üçün nəzərdə tutulub.

   Kapsul hotel əyləncə parkının bu yaxınlarda aldığı adanın ətrafında üzür və biznes məqsədləri üçün gələn ilin qış aylarında istifadəyə verilməsi planlaşdırılır.

       Hoteldə gecələmək istəyənlər bir gecə üçün 300 dollar ödəməyi gözə almalıdırlar.

Həmçinin oxuyun

“Barış pınarı”: 525 terrorçu zərərləşdirildi

Türkiyənin Suriyanın şimalında başlatdığı “Barış pınarı” hərbi əməliyyatları çərçivəsində 525 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Bu barədə məlumatı Türkiyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir