Çərşənbə axşamı , Sentyabr 22 2020
Home / Dünya / Yenə Suriya, yenə qan! ABŞ Suriyanı raketə boğdu

Yenə Suriya, yenə qan! ABŞ Suriyanı raketə boğdu

   ABŞ Suriya ərazisində yerləşən aerodroma raket zərbələri endirib. Zərbələrin ABŞ-ın iddiasına görə, Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq endirildiyi bildirilir. Bu barədə “NBC News” telekanalı ABŞ-ın hərbi məmurlarına istinadən məlumat yayıb. Məlumata görə, “ABŞ Suriyaya onlarla qanadlı raket atıb”. ABŞ hərbçilərinin Suriyanın Homs əyalətindəki “Əş-Şəyrat” aerodromuna azı 50 “Tomaqavk” raketi atdığı bildirilir.

    “ABŞ-ın iddiasına görə, Suriya ordusu qadağan edilmiş kimyəvi silahın istifadəsində məhz bu aerodromdan yararlanıb”, – deyə telekanal qeyd edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov ABŞ-ın Suriyaya zərbələr endirəcəyinin mənfi nəticələrə gətirib çıxaracağına dair xəbərdarlıq edib.

    ABŞ prezidenti Donald Tramp bundan əvvəl Konqres üzvlərinə Suriya ordusunun İdlibdə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq, bu ölkəyə qarşı hərbi əməliyyat məsələsini nəzərdən keçirdiyini bildirib.

Həmçinin oxuyun

Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb

Rusiyanın paytaxtı Moskva şəhərinin hava limanlarında bir sıra aviareys ləğv edilib və ya təxirə salınıb. …