Bazar , Yanvar 19 2020
Home / Dünya / Yenə insanlıq cinayəti! 100 ölü 500 yaralı

Yenə insanlıq cinayəti! 100 ölü 500 yaralı

     Ötən gün Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.

     Nəticədə çoxunun uşaq olduğu 100 nəfər ölüb, 500 nəfər yaralanıb.

   Mediaktiv.az Postaya istinadla bildirir ki, hətta yaralıların müalicə aldığı xəstəxana da vurulub. Birləşmiş Millətlər Təşkilatı dəhşətli hadisə ilə bağlı açıqlamasında bildirib ki, kimyəvi silahdan istifadə etmək və sağlamlıq mərkəzlərinə hücum etmək insanlıq cinayətidir.

     Anbardan yayılıb

   Suriyanın prezidenti Əsədin müttəfiqi Rusiyadan məsələ ilə bağlı açıqlama gəlib. “İdlibi Rusiya təyyarələri bombalamayıb”.

    Qazın sarin ya da xlor olduğu ehtimal olunur. Belə bir iddia var ki, bombalanma zamanı kimyəvi silah anbarı vurulub və qaz oradan yayılıb.


Şərqdə yaşayan xalqların talehi dəyişmədi. 29 il sonra yenə də insanlıq cinayəti törədildi.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir