Fələstin rəhbəri Mahmud Abbas Amerikaya səfərə hazırlaşır.
Mediaktiv.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, səfərin may ayının əvvəlində reallaşacağı gözlənilir. Planlaşdırılan səfərlə bağlı mətbuata açıqlama verən Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib ki, ABŞ prezidenti Donald Tramp Mahmud Abbası Ağ evdə qəbul edəcək. “Bu görüşdən gözləntilər böyükdür. İsrail-Fələstin danışıqlarının bərpası, müstəqil Fələstin dövlətinin yaranması üçün tarixi razılıq mühiti yarana bilər” — əl-Maliki bildirib.