Şənbə , Aprel 17 2021
Home / Dünya / Yerevanda bir gündə üç mitinq olacaq

Yerevanda bir gündə üç mitinq olacaq

Ermənistanda bir gün ərzində üç nümayişin keçirilməsi nəzərdə tutulub.

MEDIAKTIV.AZ -ın məlumatına görə, Yerevanda ilk nümayiş Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə yerli vaxtla 15:00-da baş tutacaq. Mitinq iştirakçıları 2008-ci ilin 1 mart tarixində öldürülən şəxsləri yad edəcəklər.

Saat 16:00-da isə Yerevan küçələrinə Ermənistan müxalifəti çıxacaq. Onlar baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinq və yürüş keçirəcək.

Növbəti nümayişi 18:30-da Ermənistanın baş naziri Nikol Paşinyan keçirəcək. O, müxalifətin iddialarının əksinə olaraq ətrafında tərəfdarlarını toplamaqla xalqın onun yanında olduğunu sübut etmək istəyir.

Qeyd edək ki, 1 mart tarixində ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edənlərlə polislər arasında toqquşmalar baş verib. Belə ki, 2008-ci ilin fevral ayının sonunda Robert Köçəryan prezident postunu tərk edərək səlahiyyətlərini seçkilərdə qalib gələn Serj Sarkisyana verməyə hazırlaşırdı.

Səsvermənin nəticələri ilə razılaşmayan prezidentliyə namizəd Levon Ter-Petrosyan Nikol Paşinyan (Ermənistanın baş naziri – Report) daxil olmaqla tərəfdarları ilə Yerevanda etiraz aksiyaları təşkil ediblər. Aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Nəticədə yüzlərlə insan yaralanıb, odlu silahla isə 10 nəfər qətlə yetirilib.

Həmçinin oxuyun

Çində kimyəvi məhsullar zavodunda partlayış olub

Çinin Şensi vilayətində kimyəvi məhsullar istehsal edən zavodda partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər …