Çərşənbə , Yanvar 22 2020
Home / Dünya / Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı – FOTO

Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı – FOTO

MediAktiv.Az

Yuxusunan inanan kişi lotereyada “Cek-Pot”un qalibi olub. Hadisə ABŞ-ın Miçiqan şatının Drammond adasında qeydə alınıb.

Bu barədə UPI informasiya portalı xəbər verib.

23 yaşlı Cessi Fravala iddia edir ki, o, “Wild Time” ani lotoreyasında 500 min dollar (850 min AZN) qazandığı ilə bağlı üç dəfə eyni yuxunu görüb.

“Artıq ilk yuxudan sonra “Wild Time” oynamağa başladım. Yuxularımın real olacağına ümidvar idim”, – deyə Fravala etiraf edib.

Nəticədə o, doğrudan da, 500 min dollar dəyərində “Cek-Pot”un qalibi olub.

“Mən inana bilmirdim, hətta gözlərim yaşardı”, – deyə o, baş verənləri xatırlayır.

Qalib şəxs hazırda pul mükafatının bir hissəsinə maşın almaq, qalanını isə bir işə sərmayə kimi yatırmaq fikrindədir.

Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …