Çərşənbə axşamı , Yanvar 28 2020
Home / Dünya / Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi

Zelenski “Kvartal 95”in prodüserini yüksək vəzifəyə təyin etdi

Ukrayna prezidenti Vladimir Zelenski “Kvartal 95”in prodüseri tanınmış yumor ustası Sergey Sivoxonu Milli Təhlükəsizlik Şurası katibinin Donbassın yenidən qurulması və inteqrasiyası üzrə müşaviri təyin edib.

Bu barədə məlumatı şoumen özünün “Facebook” səhifəsində yayıb.

“Bu mənim üçün böyük məsuliyyətdir. Çoxlu planımız var. Sizdən dəstəyə ehtiyac var!”, – Sivoxo yeni vəsiqəsinin şəklini belə şərh edib.

Sergey Sivoxo 1969-cu ildə Donetskdə doğulub. 90-cı illərdə o məşhur “Drim-Tim” KVN komandasının üzvü olub, sonradan Ukrayna telekanallarında yaradıcı direktor kimi çalışıb.

Həmçinin oxuyun

Ukrayna: Qəzaya uğrayan təyyarə ilə bağlı ABŞ-dan vacib məlumat almışıq

İranda qəzaya düşərək 180 nəfərin ölümünə səbəb olan təyyarə ilə bağlı Ukrayna hökumətindən yeni məlumat …