Cümə , May 29 2020
Home / Fərdi İnkişaf / Gizli düşmən-Depressiya

Gizli düşmən-Depressiya

   Depressiya demək olar ki günümüz insanının ən çox rastlaşdığı və içinə düşdüyü hallardan biridir. Hətta bu vəziyyətə düşməyən insan tapmaq indi çox müşkül məsələdir. Uzun müddət davam edən Depressiya isə sonda intihara aparıb çıxara bilər. Depressiyanın bəzi əlamətləri vardır ki bunlara; özünü üzüntülü, dəyərsiz, çarəsiz hissetmə, həyatdan təcrid olunub özünü sanki boşluqdaymış kimi hiss etmə, qərar verməkdə çətinliklər yaşamaq, diqqət dağınıqlığı, daha öncə sevərək edilən işlərdən artıq zövq ala bilməmək, təhsil yerlərində, işdə, ailə və dostlar arasında tez-tez münaqişələrin yaranması, insanlardan uzaqlaşmaq, yalnız qalmaq istəyi , tez yorulma, tez əsəbləşmə, yuxu pozğunluqları , iştah problemləri (az və ya həddən artıq çox yemə), özünə zərər vermə istəyi, öz ölümünü tez-tez düşünmək və s. aiddir. Əgər bu əlamətlər sizdə varsa deməkdir ki, “həyəcan təbili” çalınır və sizin bunu duymağınız lazımdır. Çünki heç kim hətta ən yaxınınız belə siz istəmədiyiniz müddətcə sizə kömək edə bilməz. Ən yaxşı dostunuz da ən qatı düşməniniz də elə SİZ özünüzsünüz. Əslində depressiyanı təhlükəli edən şey, depressiyada olan insanın içinə düşdüyü vəziyyəti düşünüb daha da üzüntü keçirməsidir. Belə ki ixtiyari biri, bu sadalanan əlamətləri özündə aşkarladıqda həmin an “vəssalam, mən depresiyadayam, mənə bunu yaşadanlar utansın! ” və s. kimi sözlər demə ehtimalı yüksəlir və bunları düşündükcə vəziyyəti daha da gərginləşir. “Təşvişə düşməyə gərək yoxdur” sadəcə içində olduğunuz durumun fərqinə varıb, hər kəsdən öncə özünüz özünüzə yardım əlinizi uzatmalısınız. Məsələn, işə ilk öncə telefonunuza yüklədiyiniz, ruhsal olaraq sizi aşağı çəkən depresif mahnıları “Playlist”inizdən silməklə başlaya bilərsiniz. Hər gün planlı surətdə sırf göz yaşı axıtmaq üçün seriallara və ya filmlərə baxmağı günlük rutin işlərinizin arasından çıxara bilərsiniz. Yaşadığınız evdə, depressiyanı bütün ruhunuzla hiss edə bilmək üçün qapandığınız otaqdan çıxıb ev əhalisinə “Salam” deyə bilərsiniz. (Salam deməkdə məqsəd, “mən gəldim və burdayam” mesajını verməkdir. Bilin ki onlar sizin üçün darıxıblar və sizlə canı könüldən oturub nəsə danışmaq, bir növü dərdinizi bölmək istəyirlər. Onlara da, özünüzə də şans verin. İnsanlar sizə yad planetdən gəlmiş məxluqlar kimi görünsə də ara-sıra çölə çıxıb təmiz hava qəbul etməniz, ətrafda baş verənləri, bir sözlə həyatı izləməniz ən əsası da təfəkkür etməniz sizin olduğunuz vəziyyətdən çıxmanıza yardım edəcəkdir. Və son olaraq sizə demək istədiyim; Siz depressiyadasız deyə, dünya öz oxu ətrafında fırlanmasını dayandırmayacaq, günəş yenə her səhər üfüqdən boylanacaq, buludlar yenə səmada bir biri ilə yarışacaq, insanlar öz iş yerlərinə tələsəcək, uşaqlar məktəbə yollanacaq, bir sözlə həyat hər şeyə rəğmən yenə də davam edəcək. Ona görə də yaxşı düşünün, sağ əlinizlə sol əlinizi birləşdirin və deyin; “Depressiyaya düşən mənəmsə bu haldan çıxmağa və həyata yenidən bağlanmağa qadir olan da mənəm.”

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …