Bazar ertəsi , Mart 1 2021
Home / Fərdi İnkişaf / Günlük həyatınızdan çıxarmalı olduğunuz 7 pis vərdiş

Günlük həyatınızdan çıxarmalı olduğunuz 7 pis vərdiş

1. Çarpayınızda telefon və ya planşetdən istifadə etmək

Mənasız gəldiyini düşündüyünüzü təxmin edirəm. Lakin gerçək belədir:

Dalğa boyu qısa və enerjisi olduqca çox olan mavi işıq – gündəlik rejiminiz, enerji səviyyəniz və yuxu keyfiyyətiniz üzərində mühüm rola malikdir. Səhər saatlarında günəş, yüksək miqdarda mavi işıq saçır. Gözünüz bu işıqla birbaşa təmas etdiyi zaman, yuxuya təkan verən melatonin hormonunun ifrazı dayanır və “yuxunuz qaçır”. Axşam üstü isə günəş şüalarında mavi işıq azalır və bədəniniz təkrar melatonin ifraz etməyə başlayır. Bu da təkrar yuxunuzun gəlməsinə səbəb olur. Axşam saatlarında beyniniz daha çox mavi işığa məruz qalacağını gözləmədiyi üçün ona qarşı həssalaşır.

Axşam saatlarında vaxt keçirmək üçün ən favorit cihazlarımız olan kompüter, telefon və planşetlər mavi işığı birbaşa üzümüzə göndərir. Bu da melatonin ifraz olunmasına zərər verir, rahatca yuxuya getməyinizə mane olaraq, yaxşı bir yuxu çəkməyinizin qarşısını alır. Bütün bunların nəticəsində isə yuxusuzluğun gətirdiyi problemlərlə başa çıxmaq məcburiyyətində qalırsınız.

Məsləhitimiz: Çətin və sıxıcı olsa da gecə saatlarında telefon, planşet kimi cihazlardan uzun müddətli istifadə etməyin. Beləliklə, daha keyfiyyətli bir yuxu rejiminə malik ola və həyat səviyyənizi artıra bilərsiniz.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …