3. Dostlarınızla və ya hər hansı bir şəxslə söhbət zamanı smartfonunuza baxmaq.
Qarşınızdakı şəxsin, söhbət zamanı tez-tez telefonuna baxması və gözünü telefondan ayırmaması qədər əsəb pozan bir şey yoxdur. Bir adamla dialoq halındaysanız, bütün enerjinizi və diqqətinizi bu söhbətə cəmləyin. Qarşılıqlı söhbət etməyin, telefonunuzdan daha əyləncəli və sizin üçün daha səmərəli olduğunu görəcəksiniz.