4. Smarfonunuzda çox saylı bildirişlərin açıq olması
Telefona gələn bildirişlər, ismarıc səsləri – verimli çalışmağın və adaptasiya olmanın ən böyük düşmənləridir. Aparılan araşdırmalara görə, telefonunuzdan gələn hər bir bildiriş səsi diqqətinizi dağıdaraq verimli çalışmağınıza böyük miqdarda zərər verir. Gələn hər e-poçtunuzdan, hər ismarıcdan və ya bildirişdən xəbərdar olmaq, heç bir yeniləməyi qaçırmamaq adına ilk baxışda yaxşı görünə bilər, amma heç də elə deyil. Bildiriş səsləri arasında çalışıb daim diqqətinizin dağılması yerinə, bütün bildirişləri susdurub gün ərzində müəyyən vaxtlarda (məs. iki saatda bir) telefonunuza gələn bildirişlərə nəzər salıb onlara cavab verməyiniz daha əlverişli olacaqdır.