7. Uğur qazanacağından əmin olmadan fəaliyyətə başlamamaq
Yazıçıların çoxu kitab yazmağa başlamazdan əvvəl obrazlar və quraşdırma üçün çox uzun zaman xərcləyirlər. Və kitabda heç yer verməyəcəkləri bəlkə də yüzlərlə səhifə yazırlar. Çünki ağlındakı fikirlərin formalaşması üçün zamana ehtiyacları olduğunu bilirlər.
Bizlər isə, işə başlamaq vaxtı gələndə özümüzü bu fikirdən vazkeçirmə meylində oluruq, çünki fikirlərimizin mükəmməl olmadığını, buna hazır olmadığımızı və etdiyimiz şeyin əslində super olmadığını düşünürük.
Bəs işə heç başlamadan və fikirlərin inkişaf etməsinə zaman tanımadan necə mükəmməl bir şey yaratmağı gözləyirsiniz?
“Çox pis bir səhifəni redaktə edə bilərsiniz, amma boş bir səhifəni edə bilməzsiniz” – Jodi Picoult