Bazar , May 31 2020
Home / Fərdi İnkişaf / Həyata sarılmaq üçün…

Həyata sarılmaq üçün…

Həyatın çətinliklərinə qatlana biləcək qədər inancım,

Gələcəyin daha yaxşı olacağına inanacaq qədər ümidim,

Doğru bildiklərim üçün mübarizə apara biləcək qədər cəsarətim,

Cəmiyətə,ailəmə faydalı ola biləcək qədər sağlığım,

Başqalarının hər zaman yaxşı tərəflərini görəbiləcək gözüm,

Dilimi və qəlbimi idarə edə biləcək iradəm,

Rahat bir vicdanım varsa,mən xoşbəxt və hüzurluyam

   Həyatınızda sizi üzən, incidən hər şeyi, hər kəsi bağışlayın!

   Bağışladığınız  zaman keçmişlə olan hesabınızı bitirib gələcəyə baxmağa başlarsınız. Sizi incidən duyğulardan təmizlənmək, özünüzü yaxşı hiss etmək üçün bağışlayın. Unutmayın keçmiş keçmişdə qaldı, önünüzdə yaşanacaq illər gəlmədi, əlinizdə olan tək şey indiki zaman, yəni yaşadığınız andır. Bunun üçün də yaşadığınız anın hər dəqiqəsini, hər saniyəsini dolu dolu yaşayın. Keçmişi və gələcəyi, dərd etmədən,düşünmədən!

   Həyatda yaşadığınız bütün qorxulardan qaçının. Qorxunca həyatı yaşamaq çətinləşir. Unutmayın birazda qədərə inanmaqda fayda var. Siz həyatınız üçün lazım olan bütün tədbirləri alın, çalışın, sevin və hərəkətə keçin. Qorxmazsanız əmin olun heç bir şey sizə zərər verə bilməz.

   Sevgi paylaşdıqca çoxalan tək şeydir. Bu səbəblə hər şeyi sevin. Quşları, ağaçları, torpağı, uşaqları, həyat yoldaşınızı. Sevgi və mərhəmət dünyanın ən gözəl və nəşə verən duyğularıdır. Siz sevdikcə, insanların, heyvanların hətda çiçəklərin belə qarşılıq verdiyini görəcəksiniz. Qaranlıq və hüzünlü bir həyat yaşamaqdansa, sevgi dolu bir həyatı paylaşın.

   Özünüzə ve ailənizə zaman ayırın. Tez-tez dostlarınızla bir araya gəlin və əylənin. Unutmayın ağlınızı və beyninizi yeniləmək həyata qarşı daha rahat olmağınıza kömək edəcəkdir. Sizi xoşbəxt edən və pozitiv insanlar ilə dostluq qurmağa səy göstərin. Beyninizdəki zəncirləri sonsuzadək qırın və beyninizə qoyduğunuz sərt qanunları bir az yüngülləşdirin. Başqaları nə deyər sendromundan özünüzü uzaqlaşdırın.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …