Bazar , Sentyabr 22 2019
Home / Fərdi İnkişaf / Kainatdakı tarazlıq

Kainatdakı tarazlıq

    Kainat tarazlıqlar üzərinə qurulmuşdur. Gecə-gündüz, soyuq-isti, yaz-qış, yaxşı-pis, bolluq-yoxluq, zənginlik-kasıblıq… Hər gücün qarşısında onu tarazlayan bir güc vardır. Niyə pislik var deyə soruşan insanlar, əslində niyə yaxşılıq var deyə soruşmalıdırlar. Yaxşılığın olduğu hər yerdə medalyonun digər üzü olan pislik də olacaq. Təbiətləri gərəyi bu belədir. Bu gizli bir ilahi qanunun tələbidir.

    Kainatda yaradılmış olan nə varsa, özünə endiyinizdə tək bir qaynaqdan gəldiyini dərk edərsiniz. Saf qızıl müxtəlif motivlərlə bəzənərək diqqətli bir işçiliklə çox dəyişik formalara gətirilsə də özündə yenə saf qızıldır. Ya da misi necə işlərsəniz, boya ilə rəngləyin, bəzəyin yenə özündə misdir. Qızıl və mis isə, alt formalarda atomlardan meydana gəlmişdir. Fərqli sayda elektron, proton və neytron strukturlarına sahib atomlar, müəyyən bir nizam içində bir araya gəlir və molekulları meydana gətirir.

     Üzdə isə hamısı atomlardan və atom altı zərrəciklərdən ibarətdir. Onların da ən altında ENERJİ vardır. Yəni kainatda var olan bütün bu çoxluğun altında yatan şey, tək bir enerjidir. İnsanın hüceyrələri belə atomlardan və atom altı zərrəciklərdən, bu səbəbdən enerjidən meydana gəlir. Bəs bu enerji haradan meydana gəlir? Davamlı dəyişmə və çevrilməsi təmin edən bu enerjinin arxa planda, kainatdakı qanunlardan müstəqil olan bir mütləq güc vardır. Biz bu gücə yaradıcının əks olunan gücü deyirik. Bu güc kainatı çevirən, şeyləri formadan formaya salan gücdür. Heç dayanmadan davamlı olaraq hərəkət halındadır.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir