Şənbə , May 25 2019
Home / Fərdi İnkişaf / Ölən uşaqlığımız

Ölən uşaqlığımız

    Bu məqaləni yazmaq heçdə asan olmadı. Uşaqlığım yadıma düşdü. Xoşəbəxt uşaqlığım. İndi mən danışım, sizdə öz uşaqlığınızı düşünə-düşünə dinləyin məni. Zaman su kimi axır. Məhəlləmizin qabağında 25-30 məhəllə uşağı toplanıb, oynayırdıq. Oynamaq deyirəmeee. Gecə-gündüz demədən ac-acına, qan-tər içində oynayırdıq. Həmdə böyük bir sevinclə. “Qovala-qaç”, “gizlənpaç”, “arada qaldı” ölüb gedən uşaqlığımızın şirin xatirələridir. Hər birində bir dünya, hər birində bir aləm, hər birində bir hikmət yatır bu oyunların. Özümüzü tapırdıq onlarla. Hərdən məhəlləmizə gedəndə uşaqlarla birlikdə binanın divarına gizlənpaç üçün cızdığımız dairəyə baxırdım. Baxırdım deyirəm çünki, artıq uşaqlığım kimi oda yoxdur. Binamız təmir edildi. O, özündə mənim kimi bütün uşaqların uşaqlığını daşıyan dairə isə yeni üzlüyün altında gizləndi, sonsuza qədər.

    Artıq nə köhnə məhəlləmiz var, nə o oyunlar, nə o uşaqlar, nə də o uşaqlıqlar. Bütün uşaqlıqlar android telefonlara, tabletlərə həbs olunub. Artıq uşaqlar oyun oynamırlar, əksinə uşaqlarla oyunlar oynanılır. Əlimizdən alınan təkcə uşaqlığımız deyil. Sağlamlığımız və dostluqlarımız da bütün bu gizli oyunların qurbanı oldu. İstədiyin oyunu marektdən endirib oynaya bilirsən. Nə gərək var divarda dairə cızmağa. Nə gərək var oynayacağın oyun üçün xoş əziyyətlər çəkməyə, torpaq olmağa, çirklənməyə. Nə gərək var. Gərək yoxdu. Çünki, artıq geri qayıtmayacaq

ÖLƏN UŞAQLIĞIMIZ

Həmçinin oxuyun

Zibilə atdığım kağız həyatımı dəyişdirdi

    Hamdi Ulukaya Türkiyənin ucqar bir kəndində dünyaya gəlib və ailəsi yoxsul olduğu üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir