Çərşənbə axşamı , Aprel 7 2020
Home / Fərdi İnkişaf / Ölüm keçidi (Ana bax, bu xətdə maşın adamı vurmur)

Ölüm keçidi (Ana bax, bu xətdə maşın adamı vurmur)

   Deməli, şəhərimizin mərkəz yollarının birində avtomobilim ilə hərəkət etdiyim zaman piyada keçidindən bir ana-bala keçirdi. Azyaşlı qız uşağı anasına bir şeylər demək istəyirdi sanki. Onlara yol verərkən kiçik qızın anasına bu cümləni dediyinin şahidi oldum: Ana bax, bu xətdə maşın adamı vurmur. Hardan bilirsən deyə, anası soruşdu balacadan. Müəlliməm deyib, deyə cavablandırdı balaca qız. Ötüb keçdim. Düşündüm balacanın dediklərini. Əslində öyrədilən doğru idi. Amma əskik idi. Çünki, bu öyrədilənlərlə hərəkət edən bir beyin bu keçiddə tam arxayın bir rahatçılıqla hərəkət edir. Ortaq düşüncə budu: Sanki bu piyada keçidinin hər iki tərəfi də divarlarla örütülüdü. Avtomobillərdə onu görüb, dayanacaq. Başqa bir düşüncə də budu: Dövlət Yol Polisi əməkdaşları olan yerdə avtomobil mütləq saxlamalıdı ki, cəzalandırılmasın. Məqalənin adından görüldüyü kimi, buna “ölüm keçidi” deyirəm. Əslində biraz düşünsək, görərik ki, həqiqətəndə ölüm keçidi adlandırmaq heçdə yanlış deyil. Deməli, sürücülər də buna riayət etməlidi, piyadalarda. Amma daha çox piyadalar diqqət etməlidi. Çünki bu keçidin adı piyada keçididi. Birdə belə düşünək. Sürücünün əlində olmayan səbəblər ola bilir. Həmin an avtomobildə yaranan texniki bir problem sənin həyatını əlindən ala bilər. Çünki, sən həmin xətdə qulağında qulaqcıq ilə sanki sahildəymiş kimi yellənərək gedirsən. Əslində sənin bu məsuliyyətsizliyin təkcə sənin və ailənin yox, başqa bir ailənin də ocağını söndürəcək potensialda bir məsuliyyətsizlikdi.  Hələ bu xətdə telefonla danışaraq avtomobil sürücülərini xəstə edəcək şəkildə yeriyənləri demirəm. Təbii ki, sürücülərin də məsuliyyətsizlikləri, diqqətsizlikləri olur. Amma nəticədə avtomobil bir dəmir parçasıdı. Nə qulağı var, nə ağzı. Sənin dediklərinlə də oturub-durmur. Ona görə də diqqətli olmalı olan sənsən. Ay mənim, bundan sonrada görmək istədiyim bacım, qardaşım, çalış növbəti məqaləmi də oxuya biləsən. Sən bu sayt üçün dəyərlisən. Çalış zamanla bu keçidin adı elə qoyulduğu kimi qalsın. Piyada keçidi. Bir dəqiqə, icazənizlə balaca qıza da əskik öyrədilənləri öyrədim. Mənim balacam,
                                        maşın adamı bu xətdə də vura bilər.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir