Çərşənbə axşamı , İyul 23 2019
Home / Fərdi İnkişaf / Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim…

Ötən günlərimi qaytarardılar, gələn günlərimi qurban verərdim…

   Heç zamanın axışına, zamanın yel kimi ötüb keçməsinə, anılarımızı doya – doya yaşamadan günlərimizin bitməsinə fikir vermisinizmi? Sanki günlər saniyələr kimi ötüb keçir. Nə olduğunu, nə yaşadığımızı anlamadan… Hər gün ömrümüzün ağacından bir yarpaq düşür. Hər an, hər saniyə ölümə bir addım daha yaxınlaşırıq.

    İnsanoğlu dünyaya yaşamaq, nələrəsə nail olmaq və sonunda ölümü üçün gəlir. Bu həyatın qanunudur. Bir gün haçansa biz də bu dünyadan köçəcəyik…

  Ötən günləri, uşaqlığımı geri qaytarmağı elə istərdimki. Məhəllə uşaqlarımızla gizlənqaç, top-top oynadığımız günləri yenidən yaşamaq üçün nələr verməzdim. Deyirlər hər yaşın öz gözəlliyi var. Amma mən bu fikrə heç qatılmıram. İnsanın ən gözəl yaş dövrü ömrünün qayğısız, uşaqlıq illəridir. Ona görə uşaqlığı doya-doya yaşamalısan. Çünki zaman keçdikcə nə top arxasınca qaça bilərsən, nə də ki haradasa gizlənib səni tapacaqlarını gözləyə bilərsən. İllər insanın həyatdakı öhdəliklərini elə artırır ki, bu həyatda təkcə uşaqlığı bir dəfə yaşaya bilirsən…

       Əziz dostlarım, o ki, bir yaş dövrü var – insanın qocaldığını hiss etdiyi. Bax həmin vaxtlar insanın keçmişdə etdikləri, gördükəri işlər, pisliklər və ya yaxşılıqlar, qazandığı savablar və ya günahlar, sevdikləri, əzizləri, ailəsi video lenti kimi gözünün qarşısından aram-aram gəlib keçir. O an nəyisə səhv edibsə, hansısa pisliyə səbəb olubsa, kiminsə qəlbini qırıbsa, kiməsə sevgi əksikliyi yaşadıbsa, dərindən bir köks ötürüb, “kaş ki” deyir. “Kaş ki, zamanı geri qaytara bilərdim. Kaş cavanlığımı, solub gedən gəncliyimi yenidən yaşaya bilərdim. Kaş etdiyim səhvləri düzəldə bilərdim, kaş qırdığım qəlbləri bərpa edə bilərdim… kaş kaş kaş” .

     Bu gün bu həyat Tanrının bizə böyük bir ərmağanıdır. Nəyə görə bu ərmağanı qəlb sındırmaqla, pisliklərlə hədər etməliyik? Nəyə görə bizlərdə əlimizdən gəldiyi qədər insanlarla yaxşı davranmağa, onlara bacardığımız qədər kömək etməyə, sevgi əksikliyi, güvən, inam qırıqlığı yaşatmamağa çalışmırıq? Və nəyə görə bizə verilən bu məhdud vaxtda bir işi etdikdən sonra peşimançılıq çəkirik? Əslində nələrsə etməmişdən qabaq götür-qoy etmək lazımdı. Ən azından sabahı fikirləşərək. Kaş ki, sözünü deməmək üçün. Çünki insanın zamanı geriyə qaytarmaq kimi bir bacarığı yoxdur. Dünya fanidir. Sehirli bir aləm olsaydı əlimizin bir şaqqıltısı ilə istədiyimiz dövrə gedib səhvimizi düzəldə bilərdik. Amma bu mümkün deyil.

       Bax bu “kaş ki” sözünü işlətməmək üçün gününüzün hər saniyəsinin qədrini bilin. Hər günü son gününüzmüş kimi yaşayın. Heç bir zaman kiməsə pislik etməyin. Çünki, bunun gələcəkdə peşimanlıqla anılması var…

Həmçinin oxuyun

Zibilə atdığım kağız həyatımı dəyişdirdi

    Hamdi Ulukaya Türkiyənin ucqar bir kəndində dünyaya gəlib və ailəsi yoxsul olduğu üçün …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir