Cümə , Sentyabr 20 2019
Home / Fərdi İnkişaf / “Siz başqalarına təsir göstərə bilirsinizmi?” testi…

“Siz başqalarına təsir göstərə bilirsinizmi?” testi…

    Biz hamımız kimdənsə təsirlənirik və kimlərəsə təsir göstəririk. Amma maraqlı məqam ondan ibarətdir ki, bəzilərimiz daha çox təsirlənirik, bəzilərimiz isə əksinə daha çox təsir etmək qabiliyyətinə malik oluruq. Necə deyərlər “şirin dil ilanı yuvasından çıxardar”… Gəlin bunu testlə yoxlayaq.

TƏLİMAT: SUALLARA “BƏLİ” VƏ YA “XEYR” DEYƏ CAVAB VERİN.

1. Siz aktyor və ya siyasətçi peşəsini seçmisinizmi?
2. Sizi ekstravaqant üslubda geyinən insanlar qıcıqlandırırmı?
3. Siz kənar şəxslərə intim münasibətləri ilə söhbətlər etməyə icazə verərsinizmi?
4. Siz özünüzü təhqir olunan hesab etdiyiniz halda cavab reaksiyasını sürətlə bildirə bilirsinizmi?
5. Həmkarınız xidməti vəzifəsində uğur əldə etdiyi zaman siz özünüzü daha rahat hesab edirsinizmi?
6. Siz bacarığınızı sübuta yetirməyə görə çətin işin qulpundan yapışmağı qərara almısınızmı?
7. Məqsəd vasitələri doğruldur prinsipi sizin üçün doğrudurmu?
8. Siz dostlarınızın əhatəsində tez-tez olmağı xoşlayırsınızmı?
9. Sizin bütün gün üçün qrafikiniz varmı?
10. Siz mənzilinizdə mebelin yerini dəyişməyi xoşlayırsınızmı?
11. Siz eyni məqsədə nail olmaq üçün müxtəlif vasitələrdən istifadə etməyi xoşlayırsınızmı?
12. Siz insanın özündən daha çox müştəbeh olduğunu gördüyünüz zaman ona ironiyalı münasibət bəsləyirsinizmi?
13. Siz rəhbərliyi ifşa etməyi xoşlayırsınızmı?
Aşağıda cavabın hər bir variantı ilə bağlı toplanan balların miqdarı haqqında məlumatlar verilmişdir:
  1. bəli-5 bal; xeyr-2;
2. bəli-0 bal; xeyr-5;
3. bəli-5 bal; xeyr-0;
4. bəli-5 bal; xeyr-0;
5. bəli-5 bal; xeyr-6;
6. bəli-5 bal; xeyr-0;
7. bəli-5 bal; xeyr-0;
8. bəli-0 bal; xeyr-5;
9. bəli-0 bal; xeyr-5;
10. bəli-5 bal; xeyr-0;
11. bəli-5 bal; xeyr-0;
12. bəli-5 bal; xeyr-0;
13. bəli-5 bal; xeyr-0;

   Əgər siz 65-35 bal toplamısınızsa, o zaman siz başqalarına təsir göstərmək, onları dəyişmək, onlara məsləhət vermək, onlara çətin vəziyyətlərdə ruhi rahatlıq tapmağa kömək etmək, onları dəstəkləmək kimi unikal qabiliyyətə maliksiniz. Lakin siz müstəbin olmağınız ilə bağlı fikirlərinizdə tam əminsiniz.

   Əgər siz 30-0 bal toplamısınızsa, o zaman çox təəssüflər olsun ki, sizi inandırmaq daha çətindir. Siz şəxsi həyatınızın və kənar şəxslərin həyatlarının əvvəlcədən plana uyğun qurulmasının vacibliyini qəbul edirsiniz. Bəzən siz həddən artıq qətiyyətsiz olduğunuz üçün bu sizə məqsədinizə çatmaqda və ətrafdakı insanlara lazımi təsir göstərməkdə mane olur.

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir