Çərşənbə axşamı , İyun 25 2019
Home / Fərdi İnkişaf / Tənqidlərlə necə baş etməli?

Tənqidlərlə necə baş etməli?

Tənqid qısaca, insanın həyata dair müxtəlif mövzularda doğruya çatmaq üçün ətrafından aldığı müsbət və ya mənfi geri bildirişlərə deyilir. Sosial həyatımızda tənqid, insanın hər baxımdan inkişafı üçün əhəmiyyətlidir. Bəzi lazımsız – mənfi iradlar isə zehnimizi günlərlə məşğul edir. Bəs lazımsız yerə aparılan mənfi tənqidlərə qarşı nələr edilməli?

Tənqidlərlə baş etmənin yolları

 Günə başladınız. Məktəbdə, işdə, evdə, küçədə planlaşdırdığınız bir çox şey var. Tam da bu sırada ən yaxındakı, ya da uzaqdakı birindən gəlir tənqid. Özünüzü tənqid edilmiş, küçümsənmiş, uğursuz, hətta günahlandırmış hiss edirsiniz.

Sizə görə bu kiçik bir xəta və ya əhəmiyyətli hesab edilməyəcək bir məsələ ola bilər. Amma bir dəfə tənqid edildikdən sonra bəlkə də günlərlə bunun üzərində düşünürsünüz. Tənqid ilə baş etmək, onu öz xeyrinizə istifadə etmək mümkündür.

İrada qulaq asın

 Aldığınız tənqidə reaksiya vermədən, dinləməyə və qarşı tərəfin fikrini, nə demək istədiyini anlamağa çalışın. Yeni bir dünyagörüşü əldə edə və özünüzü inkişaf etdirmək fürsəti yaxalamış ola bilərsiniz.

Dərhal özünüzü müdafiə etməyə keçməyin

 Dərhal müdafiə etməyə keçmək əvəzinə qarşıdakı insanın sizə kömək etmək istəyib istəmədiyini düşünün. Bəlkə də, onu rədd etmək əvəzinə bu dediyi şeyi dəyişdirmək və ya kiçik bir məsuliyyət götürmək sizi bir addım irəli aparacaq.

İrada və ya tənqidə reaksiya verməyi təxirə salın

 O zaman sərt reaksiya vermək əvəzinə bunu bir qədər təxirə salmağa çalışın. Dərin bir nəfəs almaq, olduğunuz mühitdən ayrılmaq, qısa bir fasilə vermək daha sağlam qərar qəbul etmənizə və bu tənqidə daha sağlam cavab verməyinizə kömək edəcək.

Səhvlərinizi qəbul edin

 Ortada etdiyiniz bir xətadan ötrü bir tənqid varsa, bu səhvi qəbul etdikdə nə olacağını düşünün. Rədd etmək qısa müddətli bir rahatlamayaxxxxx və sonra sıxıntı yaşamağınıza səbəb olarkən, səhvinizi qəbul etmək səhvi aradan qaldırmağa adaptasiya olmağınıza və bu tənqidi bir təqdirə çevirməyinizə kömək edə bilər.

Uğursuzluğun dadını çıxarın

 Bir məsələdə tənqid edilə, hətta uğursuz ola bilərsiniz. Çünki səhv etmək öyrənmə prosesinin ən əhəmiyyətli hissəsidir. Səhv etmədən daha yaxşısını etmək şansınız yoxdur. Bunun ləzzətini çıxarın.

KIGEM

Həmçinin oxuyun

Həyata pozitiv baxmaq

    Həyata mənfi və ya müsbət baxmaq sizin əlinizdədir. Həyata müsbət baxmaq bir çox …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir