Bazar , Sentyabr 22 2019
Home / Fərdi İnkişaf / Uşaq yoxdur, insan var!

Uşaq yoxdur, insan var!

     Uşaq yoxdur, insan var! Pedaqoq Y. Korcakinin bu müqqədəs kəlamı ilə başlamaq istərdim. Uşaqlara böyüklər qədər hörmətlə yanaşılmalıdır. Bu hörmətə onlar layiqdilər və biz böyüklərin borcudur!

    Uşaqların tərbiyyəsinin yetişməsində onların ilk kumirləri olan ibtidai sinif müəllimələri olaraq məsuliyyətimiz böyukdür. Bu işin ilk mərhələsi müəllim-valideyn-uşaq üçbucağı ilə başlayır.

    “Hər bir uşaq evin güzgüsü olur“

    Bu söz bəzi valideynlərə xoş gəlmir. Çünki çox zaman güzgülərinə baxmaq istəmirlər. Bütün gözəl üzləri ilə yanaşı çirkin üzləridə ordadır.

    Övlad böyütmə böyük məsuliyyət tələb edir. Bəzən ata olmağı, bəzən ana olmağı baarmır bəzi valideynlər. Uşaqlarla tərbiyyənin düzgün yolunu bilmirlər. Uşaqları ya çox ərköyün edirlər, ya da alçaldırlar. Bu isə uşağa gələcəkdə silinməz izlər buraxır.

    Uşaqlarla bacardığımız qədər çox ünsiyyətdə olmalıyıq. Onların bir hissəsinə çevrilməliyik. Onların sevgisini qazanmalıyıq. Çünki ən saf, ən təmiz sevgi uşaqların bəslədiyi sevgidir. Uşaqlar sevginin özüdür. Uşaqlar kin saxlamaz, uşaqlar yalandan sevməzlər.

    Onlarla ünsiyyətdə olarkən göz təması qurun. Onları gün ərzində 8 dəfə, vaxt azlığı olarsa 4 dəfə qucaqlayın. Çünki bu mələklərin sizin sevginizə ehtiyacı var. Yeməklə bəslədiyimiz kimi sevgi ilə də bəsləməliyik onları. Gələcəyinizi sevgi ilə yetişdirin!

    Tərbiyə edərkən cəzadan uzaq durmaq mütləqdir. Cəza uşağın psixoloji inkşafını ləngidir. Təmas qurma hisslərini məhv edir. Şiddət və qorxu tərbiyə üsulu deyil. Uşağı yalan danışmağa məcbur edir və valideyndən uzaqlaşdırır…

    Bir uşagın üç valideyni var; Atası, anası və ona olan münasibət. Üçüncü valideyn ən əsas valideyndir unutmayaq!

   Uşaq yoxdur, insan var!
Uşaqla ünsiyyət zamanı…

 

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir