“Qartopu”muz vardı… Üşüyərək toxunduğumuz… Oynayaraq sevindiyimiz… Uşaqlığımızı bölüşdüyümüz…
Hər şeyimizi əlimizdən aldılar. “Gizlənpaç” ımızı, “Qovala-qaç” ımızı. İndi sıra “qartopu”muza gəldi. GTA 5 onun da oyununu çıxardı. Artıq uşaqlar bir-birini görmədən, üşümədən, əylənmədən, ən əsası isə uşaq olmadan oynayacaq “qartopu” nu.
Çox danışmayacam. Hamı danışır onsuzda. Qərbin gözəl adət-ənənələrimizi əzməsinə, tapdalamasına icazə verməyin. Sabah çıxın küçəyə 50 yaşında olsanız belə uşaqlara həqiqi qartopu atın. Qoyun üşüsünlər, əylənsinlər, uşaq olsunlar. Tabletlərin, telefonların qurbanı olmasınlar.
Sənə səslənirəm ey qərb aləmi: Xəyallarıma toxunma…