Cümə , May 29 2020
Home / Fərdi İnkişaf / Yad planetlilər

Yad planetlilər

   Yenidən birlikdəyik. Əvvəla kefinizi soruşmaq istəyirəm. Çünki, biraz kefinizi qaçırdacam. Bu yazımızda yad planetlilərin dünyamıza etdiklərindən söhbət açacayıq. Bəli, yad planetlilər. İllərdir bu sual böyük-kiçik demədən hamını düşündürür: Görəsən yad planetlilər varmı? Biz mediaktiv.az olaraq buna açıqlama gətirdik. Bəli var. Təbii ki, sübut istəyəcəksiniz. İndi sizə elə sübutlar verəcəyəm ki, ağzınız açıq qalacaq. Amma bundan qabaq siz dəyərli oxucularıma bir neçə əlavə məlumatlar verim. Sonra yad planetlilər mövzusuna qayıdacayıq.
      Deməli, ilk olaraq sizə bizim hiss etdiyimiz, nəvələrimizin isə birbaşa görəcəyi qlobal istiləşmədən danışım. Bu əslində çox geniş bir məsələdir. Onun üçün qısa məlumat verəcəm. İqlim sistemindəki dəyişiklik, əsasən 1950-ci ildən sonra sürətlə artdı. 1880-ci ildən sonra atmosferin temperaturu 0,85 dərəcə istiləşdi. Şimal yarımkürədə 1983-2012-ci illər arasında, son 1400 ilin ən isti 30 ili oldu. Qeydiyyatların aparılmağa başlandığı 1880-ci ildən bəri 2014-cü il ən isti il kimi qeyd olundu. Bütün bunların hansı səbəblərdən olmasını elm sübut etdi. Yaşıllıq sahələrinin azalması, avtomobillərin sürətlə artaraq atmosferə buraxdığı aerozol miqdarını artırması, məişət tullantılarının təbiətə ötürülməsi və s. bu səbəblərin başında gələn səbəblərdir. Burada qeyd edə bilmədiyim daha bir çox səbəblər mövcuddur.
   İndi gələk dünyanın gələcəkdəki yox, hazırkı probleminə.Müharibələrə. Əsrlər boyu bitib-tükənmək bilməyən bu yara indilərdə ən aktual məsələdir. Çünki, demək olar ki, dünya müharibədədir. Milyonlarla insan məhv olur, minlərlə insan ac qalır, itgin düşür, sürgün olur. Bütün bunlar dünyanın ən qüdrətli dövlətində yaşayıb, ən qüdrətli işadamı olsan belə dünyadan köçdüyün zaman 1 qramını apara bilməyəcəyin torpaq üçünmü? Yoxsa enerji üçünmü? Əmin ol qəbrdə üzərinə günəş işığı belə düşməyəcək. Elə isə nəyin savaşını aparırsan ay bədbəxt.
   Bunlara deyinib terroru unutmaq olmaz. Mən teroristləri ağılsız adamların, ağılsız adamları yönləndirməsi prosesi kimi adlandırıram. Çünki, nəticədə qazandıqları bir şey yoxdu.
   Yolxucu xəstəliklər, enerji qaynaqlarının tükənməsi, ağıllı robotların hegemoniyası, quraqlıq, aclıq sadalamadığım daha bir çox şey məhz insanların özləri tərəfindən yaradılmış və özlərinə çevrilmiş olan partlamağa hazır silahlardır.
   Bu insanların insanlıqdan kənar davranışlarını düşünmək belə istəmirəm. Təcavüzlər, qətllər, narkotik qidalanmalar, soyğunlar və s. tam olaraq onlara xas hərəkətlərdir.
   Nəticə: İndi düşünün ki, marsdakı bir canlı oradan bütün bunları izləyir. Bizim dünyamızı bizdən qorumaq istəməzmi? Əslində öz planetimizə bu qədər pisliyi heç onlar belə edə bilməzdilər. Biz onlara yad planetli deyirik. Əlinizi vicdanınıza qoyun!

Onlarmı, yoxsa bizmi YAD PLANETLİYİK?

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …