Cümə , May 29 2020
Home / Fərdi İnkişaf / Yenə başladı dizi, anam unutdu bizi

Yenə başladı dizi, anam unutdu bizi

   Salam dostlar. Bugün elə bir mövzuya toxundum ki, inanın mənə hamı özünə bir pay götürəcək. Böyükdən-kiçiyə hamını öz arxasınca sürükləyən bu bəla, indilərdə artıq kuliminasiya nöqtəsində seyr edir. Bəli, hamınızın təxmin edəcəyi kimi söhbət seriallardan gedir. Vəhşicəsinə 15-ci mövsümlərini yaşayan seriallar artıq film sektorunun inkişafından çox, insanlığın yönləndirilməsi funksiyasını yerinə yetirir. Serialların bəzi qəhramanları serialın bir neçə illik yayımı zamanı saçlarını ağardır. Onların saçı ağarsada, onları izləyənlərin ruhları qaralır. Serialzədələrdə yaranan problemləri sadalamaqla bitməz. 

Psixoloji problemlər.

  • Stress
  • Panik-atak
  • Depressiya
  • İnamsızlıq
  • Güvən əskikliyi
  • Ruh düşkünlüyü və s.

Fizioloji problemlər.

  • Halsızlıq
  • Baş ağrıları (miqren)
  • Göz problemləri
  • Onurğa problemləri
  • İştahsızlıq və s. bunlardan sadəcə bəziləridir.

Bununla bitirmi? Əlbətdə xeyr. Ailələrdə yaranan söz-söhbətin səbəbini də məhz elə seriallarla izah etmək olar. Qısqanclıq, aldatma halları, riyakarlıq, yalançılıq kimi mənfi xarakterlər serialların insanlığa verdiyi utanc səhnələridir. Keçmişə nəzərən boşanma hallarının çoxalmasını bununla izah etmək olar.

Başqa bir prizmadan yanaşmağa çalışsaq isə, seriallarda meqaşirkətləri idarə edən gənc və yaraşıqlı baş rollar kasıb ailələrin təhsilsiz gəlinlərinin düzənini 1 saatda dağıtma potensialına malikdir. Hər şey o qədər ustalıqla işlənir ki, siz fərqində olmadan birdə ayılırsınız ki, artıq həyat yoldaşınızı o aktyor ilə müqayisə edirsiniz. Bir müddət sonra isə yoldaşınızın əskiklərini filmdən sitatlar gətirərək qınayırsınız.

Ağılalmaz cinayətlər, narkotika, orqan mafyası bütün bu serialların gələcək nəsillərə ötürdüyü peşələrdir. Çünki bu yollar daha asan şəkildə maddi qazanc əldə etməyə imkan yaradır.

Məqaləmin adına gəldikdə isə, bu dəfə serialzədələrin uşaqlar olduğunu görürük. Uşaqlar seriallardan ən çox zərər çəkmiş olanlardır. Ana-ata qayğısını, tərbiyəsini kiçik yaşlarında almayan uşaqlar gələcəyə ötürülmüş cinayətkarlardır. Çünki, bu insan psixologiyasında mövcuddur: İnsan nədən yoxsuldursa, onu axtarır. Sonra isə onun qarşısına çıxanlar ona saxta rahatçılığı, sevgini, qayğını, tərbiyəni mənimsədir. Beləliklə, cinayətkarları serillar sayəsində məhz elə valideynlərin özləri yetişdirmiş olur.

Nəticə:

  1. Ən gözəl ailə öz ailəmizdir. Saxta münasibətlərin sərgiləndiyi serial kuklalarının ocağımıza nifaq toxumu səpməsinə icazə verməyək.
  2. Kimlərinsə ulduz adlanması üçün seyr etdiyimiz bu seriallar, öz ulduzlarımızın (övladlarımızın) sönməsi deməkdir. Ulduzlarımızın sönməsinə icazə verməyək.
  3. Bu oyunlar həyatda bizə verilən ən önəmli şeyin – sağlamlığımızın təhdididir. Gələcək nəsillərimizi yetişdirmək üçün bizə ən lazımlı olan şeyin – sağlamlığımızın təhdid olunmasına icazə verməyək.

Başqalarının sağlamlığımızı, imanımızı, dəyərlərimizi əlimizdən almasına

İCAZƏ VERMƏYƏK!

Həmçinin oxuyun

XOŞBƏXTLİK SƏRABI

Bəzən siz də bezirsiniz sıxıntılarınızdan, işlərinizdən. Elə deyilmi? Çox istəmişik hər problemi, hər işi həll …