Çərşənbə axşamı , İyun 2 2020
Home / Gündəm / Ərəb dünyası parçalandı

Ərəb dünyası parçalandı

Dörd ərəb ölkəsi Qətərlə bütün əlaqələri dondurdu. Səudiyyə Ərəbistanı, Bəhreyn, Misir və Birləşmiş Ərəb Əmirlikləri, milli təhlükəsizliklərini səbəb göstərərək, Qətər ilə bütün diplomatik əlaqələri kəsib. Mediaktiv.az Sputnik-ə istinadən xəbər verir ki, dörd ölkə, hava və dəniz məkanlarını Qətər dövləti üçün bağlı elan edib. Üstəlik, Qətərli diplomatların 48 saat içində bu 4 ölkəni tərk etmələri tələb olunub. Qətəri terrorçu qrupları dəstəkləməkdə günahlandıran Səudiyyə Ərəbistanı, bütün müsəlman ölkələri eyni addımı atmağa çağırıb. Qeyd edək ki, Qətər dövləti, Yəməndə hərbi əməliyyatlar aparması üçün İrana yardım edib.

Həmçinin oxuyun

İtaliyada daha bir idman yarışı koronavirusa görə təxirə salındı

Aprelin 4-də Romada keçirilməsi planlaşdırılan “Formula E” üzrə İtaliya Qran-prisi təxirə salınıb. MediAktiv.az  yarışın Mətbuat Xidmətinə …